Qarabağda erməni hərbi qulluqçu yaralanıb, vəziyyəti ağırdır

2019/03/ermen-1553673577.jpg
Oxunub: 23526     09:13     29 Yanvar 2020    
Yanvarın 28-də, saat 02:55 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində erməni hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Nver Avetisyan güllə yarası alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanmış hərbi qulluqçu dərhal hərbi hospitala aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin