Xəbər verdiyimiz kimi, bu gün saat 06:55 radələrində işğal altında olan Qarabağın şimal hissəsində yerləşən hərbi hissələrdən birində, hələki naməlum şəraitdə Ermənistan ordusunun hərbi qulluqçuları, 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyan güllə yarası alıblar.
Yaralanmış hərbi qulluqçu Henri-Hayk Simon Zakaryanın vəziyyəti ağır qiymətləndirilir.
Hadisədən yeni detallar məlum olub. Məlumata görə, yaralı hərbi qulluqçunu hazırda Ağdərə xəstəxanasında əməliyyat edirlər.
Qeyd olunur ki, hadisə çoxlu sayda əsgərin olduğu sıra meydanında olub.
Məlumata görə, atəş açan hərbi qulluqçu Livandan gəlib, atəş açıqdan sonra özünü də vurub və hazırda əməliyyat edilən odur.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ
Cinayət