Ordu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək.
“Biz münaqişənin nə olduğunu bilirik və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəkləyirik. İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək”, - deyə o qeyd edib.
Ordu.az