“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərilməlidir” - Səfir

2018/12/s-1545034199.jpg
Oxunub: 31468     14:32     28 Noyabr 2019    
“ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib bir beynəlxalq təşkilatdır. ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, münaqişənin tezliklə həlli üçün daha çox səy göstərilməlidir.

“Çox təəssüf ki, aradan keçən illərə baxmayaraq, problemin həlli mümkün olmayıb. Həm BMT, həm də ATƏT-in irəli sürdüyü parametrlərdə münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Lakin, hələ də Azərbaycan əraziləri işğaldan azad olunmayıb. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin həll yolu tapacaqlarına ümid edirik”, - deyə Türkiyə səfiri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qarabağ  


Bizi "telegram"da izləyin