Ermənistan Baş nazirinin saytı: Ermənistan və Azərbaycan Dağlıq Qarabağda nəzarət uğrunda müharibə edir

2019/11/456-1574843401.jpg
Oxunub: 14581     14:51     27 Noyabr 2019    
“Ermənistan Baş nazirinin saytında artıq qeyd edilib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağada nəzarət uğrunda müharibə edir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Minasyan öz “Facebook” səhifəsində qeyd edib.

Onun sözlərinə görə, artıq 30 ildir Ermənistan, diaspor, erməni lobbisi mübarizə aparır ki, bütün dünya Dağlıq Qarabağ münaqişəsinin nəinki Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olduğunu, həmçinin “millətlərin öz müqəddəratını təyin etmə hüququ”nun (əslində seperatçılıq-red.) ömürlük mübarizəsi olduğunu qəbul etsin.

“Üstəlik, biz demişik ki, Ermənistan mövzuda deyil, yalnız Qarabağ soydaşlarının təhlükəsizliyini təmin edir.

İndi kimsə mənə izah edə bilər ki, Ermənistan Baş nazirinin rəsmi saytında “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa nəzarət üçün müharibə” formasının nə işi var? Bəziləri yalan “krutitlər” düşünməyə başlayana qədər mən deyim.

Baş nazirin saytında Paşinyanın “Koriere de la Sera” qəzetinə verdiyi müsahibəsi tərcümə edilib və qoyulub, oxucular isə nəyin nədən olduğunu başa düşməyərək qəzetin redaksiyası tərəfindən hazırlanmış qısa araşdırmanı tərcümə ediblər”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin