Rus politoloq: “Hazırda danışıqlar prosesində mövqelərin dəyişdirilməsi üçün ilkin şərtlər görmürəm”

2019/05/37330-1558078851.jpg
Oxunub: 31006     16:07     27 Noyabr 2019    
“Ümumi mənada bu cür təşəbbüslər yaxşıdır, lakin istənilən an tərəflərdən birinin istəyi ilə dayandırıla bilər. Çünki bu, danışıqlar masası ətrafında heç nəyi dəyişmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov Azərbaycan və Ermənistan arasında humanitar aksiyaların aktivləşməsi tendensiyalarına toxunarkən bildirib.

Skakov qeyd edib ki, münaqişənin tarixi ərzində tərəflər xalq diplomatiyası təcrübəsinə sahib olub, lakin bu, yüksək səviyyəli danışıqların aparılması yolunda maneə kimi müşahidə olunduğu bir vaxtda dayandırılıb.

“Bu vəziyyətdə başa düşmək lazımdır ki, danışıqlar prosesində irəliləyiş və uğurlar olmadığı bir vaxtda bu cür əlaqələr nə dərəcədə səmərəli, davamlı ola bilər, fərqinə də varılmır. Məgər bu cür əlaqələr danışıqlar prosesində uğurlara töhfə verə və təsir edə bilər? Anlaşılandır ki, danışıqlar prosesi tərəflərin möhkəm mövqelərindən bəhs edir. Hazırda bu mövqelərin dəyişdirilməsi üçün ilkin şərtlər görmürəm”, - deyə Skakov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skakov   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin