Aİ həmsədrlərin Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş səylərini tam dəstəkləyir

2019/11/99669-1574838878.jpg
Oxunub: 13130     11:22     27 Noyabr 2019    
“Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş səylərini tam dəstəkləyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən Ermənistan və Avropa İttifaqı arasında imzalanan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin 2-ci ildönümü münasibətilə baş tutmuş mətbuat konfransı zamanı Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə idarəedici direktor müavini Lyuk Devin deyib.

O qeyd edib ki, Aİ hər zaman münaqişələrin dinc həllinin tərəfdarıdır.

“Bizim fikrimizcə, hərbi həllər yoxdur, yalnız hərbi demaqogiyalar var. Avropa İttifaqı olaraq, bu münaqişə məsələsində biz konkret şəkildə münaqişə tərəfi deyilik, lakin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Onlardan biri Avropa İttifaqının üzv dövlətindəndir”, - deyə Devin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Bizi "telegram"da izləyin