Erməni ictimai-siyasi xadim: “Qarabağ danışıqlar prosesində bizim öz konsepsiyamız yoxdur”

2019/11/big_0-1574838782.jpg
Oxunub: 26697     14:26     27 Noyabr 2019    
“Qarabağ danışıqlar prosesində bizim öz konsepsiyamız yoxdur. Son otuz ildən bu günə qədər passiv vəziyyətdə gedirik və qəribə formada təzyiqə, diktəyə məruz qalırıq”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Mariam Avaqyan deyib.

O, Qarabağla bağlı danışıqlar prosesində hər hansı irəliləyişin olmadığını vurğulayıb.

Avaqyanın sözlərinə görə, erməni jurnalistlər, Ermənistan XİN, Paşinyan Azərbaycan qarşısında kiminlə iş görüklərini başa düşmürlər.

O qeyd edib ki, Ermənistan XİN öz xarici siyasi strategiyasını hazırlamaq əvəzinə, nə haqqında danışmalı olduğu barədə ardıcıl addımlar atmalıdır.

“Yeri gəlmişkən, hakimiyyət dəyişikliyindən dərhal sonra Paşinyanın həyatı yoldaşı Anna Hakobyan bir səhv etdi. O, sülhə çağırış edirdi”, - deyə Avaqyan bildirib.

Avaqyan qeyd edib ki, bu günə qədər “Madrid prinsipləri” danışıqlar masasına qoyulub.

“Paşinyan bir-birinə zidd olan iki bəyanat verdi. Bir tərəfdən dedi ki, o, xarici siyasət sahəsində heç nəyi dəyişməyəcək. Digər tərəfdən dedi ki, sıfırdan başlayacaq. Danışıqlar indi “Madrid prinsipləri” ətrafındadır, mən əminəm”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin