Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Cüzeppe Konte Romada Paşinyanla görüşün nəticələri ilə bağlı açıqlama verdiyi zaman bildirib.
O qeyd edib ki, İtaliya münaqişənin həllinə dialoq yolu ilə nail oluna biləcəyindən əmindir.
“Mövcud siyasi iradə davamlı həllə səbəb ola bilər. Xalqlar sülhə hazırlaşmalı və münqişəyə dinc həll verəcək üstünlükləri dərk etməlidir. Biz danışıqları davam etdirmək və bölgəyə sabitlik gətirmək üçün bütün vasitələrlə kömək etməyə hazırıq. İtaliya gərginliyin azaldılması və səmərəli danışıqlarda maraqlıdır”- deyə Konte bildirib.
Alpər Mövludoğlu
Ordu.az