Ordu.az xəbər verir ki, bu yaxınlarda işğalçı ordunun bölmələrindən birində növbəti qeyri-döyüş şəraitində xəsarət alma hadisəsi qeydə alınıb.
Məlumata görə, hərbi qulluqçu Boris Boğazaryanın valideynləri uzun müddət övladlarından xəbərsiz olduqlarına görə hərbi prokurorluğun qaynar xəttinə zəng ediblər. Valideynlərin müraciəti əsasında prokurorluğun əməkdaşı D.Qasparyan hərbi hissəyə zəng edərək əsgər B.Boğazaryanla maraqlanıb. Məhz bundan sonra hadisənin üstü açılıb.
Məlum olub ki, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan əsgər B.Boğazaryan bir neçə gündür hərbi hissənin tibb məntəqəsində müalicə olunur. Hadisəni gizlədən hərbi hissə komandanlığı əsgərə valideynləri ilə də əlaqə yaratmamasını tapşırıb.
Hərbi polis faktla bağlı araşdırma aparır.
Ordu.az