Erməni ekspert: “Paşinyanın irəli sürdüyü açıqlama münaqişənin həll yolu deyil”

2019/11/17425-1574247507.jpg
Oxunub: 601     16:58     21 Noyabr 2019    
“Paşinyanın irəli sürdüyü bu tezis münaqişənin həlli formulu deyil, nizamlama prosesinə yanaşmadır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” analitik mərkəzinin eksperti Hermine Mxitaryan Paşinyanın irəli sürdüyü açıqlamasına toxunarkən bildirib.

O, Qarabağ münaqişəsinin həlli üçün bir prinsip və ya bir formul olmadığını, sadəcə prosesə bir yaxınlaşma olduğunu qeyd edib.

Dünən rusiyalı jurnalistlərlə görüşü zamanı Paşinyan bir daha öz yanaşmasını xatırladaraq qeyd edib ki, Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan, Qarabağ (?) və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

“Sözün düzü, mən sələflərimin formullarından daha çox, Qarabağ məsələsində öz formullarımla danışmağı üstün tuturam. Mən əvvəllər təklif etdiyim formulu, bu formulun necə olması barədə açıq danışmışam. Demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin hər hansı bir həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır”, - deyə Paşinyan bildirib.

Ekspert, əsas problemi erməni tərəfinin özünə məqbul olan nizamlama prinsipini müəyyənləşdirməməsində görür.

“Azərbaycan dəfələrlə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll edilməli olduğunu bildirib və bu anlayışı dəfələrlə tədricən beynəlxalq ictimaiyyətin yanında möhkəmləndirməkdədir. Ancaq Ermənistan rəhbərinin və Xarici İşlər Nazirliyinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı son açıqlamaları olduqca nadir hala gəlib çıxıb. Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olan bir həll yoluna əhəmiyyət verdiyimizi və bununla da konstruktivliyimizi göstərməyə çalışdığımızı bildiririksə, eyni zamanda öz baxışlarımızı və maraqlarımızı dəqiq müəyyənləşdirməliyik. Baş nazir birbaşa sualdan da yayındı və bildirdi ki, yanaşmamızı ifadə etmək konstruktiv olmaya bilər”, - deyə Mxitaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ   Təxribat  

Erməni ekspert: “Paşinyanın irəli sürdüyü açıqlama münaqişənin həll yolu deyil”

2019/11/17425-1574247507.jpg
Oxunub: 602     16:58     21 Noyabr 2019    