Türkiyə XİN başçısının müavini: "Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir"

2019/11/45645-1574323047.jpg
Oxunub: 782     11:05     21 Noyabr 2019    
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə icma sədri özü məlumat verib.

T.Gəncəliyev "Türkiyənin xarici işlər nazirinin müavini cənab Sedat Önal ilə görüşməkdən şərəf duydum" deyə, bildirib.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.

Nazir müavini bildirib ki, bu münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkiyənin Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O da çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. BMTM sədri Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən ötən ay imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti daha öncə Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib.

Nümayəndə heyəti Ankara səfərindən əvvəl ABŞ-da olub. Orada Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-icması   Türkiyə  

Türkiyə XİN başçısının müavini: "Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir"

2019/11/45645-1574323047.jpg
Oxunub: 783     11:05     21 Noyabr 2019    