Qarabağda əsgərini döyən erməni zabit tabor komandiri təyin olunub

2018/12/15041-1545914415.jpg
Oxunub: 755     15:33     21 Noyabr 2019    
Bu günlərdə işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində yerləşən düşmən hərbi hissəsinin Talış taborunda komandir vəzifəsində dəyişiklik baş verib.

Dəyişikliyə səbəb sentyabrın 28-də Talışdakı taborda əsgər Arman Levonyanın qətlə yetirilməsi hadisəsi olub.

Müddətli xidmət hərbi qulluqçusu, Ohanavan kənd sakini, 20 yaşlı Levonyan Madagizdəki hərbi hissədə baş verən növbəti cinayətin qurbanıdır.

O, sinə nahiyyəsində odlu silah yarası ilə aşkar edilib. Məhkəmə tibbi ekspertizası müəyyən edib ki, hərbi qulluqçu ölümündən əvvəl fiziki zorakılığa məruz qalıb.

Levonyanla bağlı baş verən hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi “qətl törətmə” əlamətləri üzrə cinayət işi açılıb. Hadisə ilə bağlı iki şəxs həbs edilib. Odlu silah atəşi sinə nahiyyəsinə açılıb və yuxarıdan aşağıya doğru yönləndiyi üçün başqa bir verisyanı inkar edir.

Bu hadisədən sonra Qarabağdakı “qanunsuz birləşmənin komandanlığı” Talışdakı taborun komandiri Vazgen Nikoğosyanın vəzifəsini bir pillə aşağı salmağa qərar verib. Onu tabor komandirinin müavini təyin ediblər. Tabor komandiri vəzifəsinə isə Madagizdəki təlim taborunun komandirinin arxa cəbhə üzrə müavini mayor Albert Xaçatryan təyin edilib.

Bu təyinat Talışdakı taborda çoxlarını təəccübləndirib. Məsələ burasındadır ki, Albert Xaçatryanın məhkumluğu var. İndiki halda o, şərti azadlığa məhkum edilib və maddi zərərin ödənilməsini həyata keçirir.

“Məhkəmə hökmü ilə hər dəfə zərərin ödənilməsi məqsədilə əmək haqqından pul tuturlar”, - deyə hərbi hissədə qulluq edənlərdən biri bu barədə məlumat verib.

Bundan əlavə, erməni mayor Albert Xaçatryan təlim taboru komandirinin maddi texniki təminat üzrə müavini olaraq, hərbi qulluqçunu döyməkdə ittiham edilir. Hazırda hərbi qulluqçunu döymə faktı üzrə ibtidai araşdırma aparılır.

Xaçatryan cari ilin fevral ayında əsgər A.X adlı hərbi qulluqçunu yerə uzadaraq təpiklə döyən 4 zabitdən biridir.

Ermənistan prokurorluğundan bildiriblər ki, sıravi A.X və 4 zabit, yəni Erik Hamberyants, Qarnik Xaçatryan, Harutyun Minasyan və Albert Xaçatryan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edilən zabitlər adı çəkilən əsgəri siqaret çəkməyə cəhd edərkən yaxaladıqlarını və aralarında mübahisə baş verdiyini qeyd edirlər.

Məlumata görə, A.X öz ifadəsindən imtina etmir, ötən günlərdə isə iş üzrə yeni şahid peyda olduğu qeyd edilir. Həmin şahid zabitlərin, o cümlədən Xaçatryanın əsgəri necə döydüklərinə şahid olduğunu bildirib.

Faktiki olaraq hərbi qulluqçu Levonyanın qətli “kadr” dəyişikliyinə səbəb olub. Ancaq əsgəri döyməsi ilə tanınan bir hərbçinin vəzifəyə təyinatına hansı məntiqlə yanaşdıqları naməlumdur. Belə bir hərbçi, taborda hökm sürən cinayətkar mühiti necə yaxşılaşdıra bilər?

“Silahlı qüvvələrdə əsgər ucbatından ən azı heç olmasa bir dəfə məhkum edilən hərbçilər çoxdur. Bu o demək deyil ki, onlar pis zabitdir”, - deyə Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhanisyan məsələni şərh edərkən bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qarabağ   Zorakılıq  

Qarabağda əsgərini döyən erməni zabit tabor komandiri təyin olunub

2018/12/15041-1545914415.jpg
Oxunub: 756     15:33     21 Noyabr 2019    