Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində təkliflərinin Ermənistanın keçmiş hakimiyyətinin təkliflərindən fərqlənmədiyini vurğulayıb.
Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hər üç tərəfin (?) ürəyincə olmalıdır.
“Əgər Azərbaycan da bu cür bəyanatla çıxış etsə, bu, o demək olacaq ki, biz danışıqlar prosesində irəliləyiş qeydə almaq üçün real imkana sahibik”, - deyə Paşinyan bildirib.
O, eyni zamanda münaqişənin həlli üçün təklif etdiyi qərarı onun Ermənistanın ikinci və üçüncü prezidentlərinə qarşı münasibəti ilə əlaqələndirməməyə çağırış edib.
Alpər Mövludoğlu
Ordu.az