Britaniyalı analitik: “Qarabağ münaqişəsinin nizamlanması üçün sürətli həllər planlaşdırılmır”

2019/11/neil_-1574066523.jpg
Oxunub: 555     17:41     18 Noyabr 2019    
“Tərəflərin bu gün hansı qətnamələri təqdim edəcəklərindən, hansı yeni konsepsiyalardan danışacaqlarından asılı olmayaraq, nizamlanma zəmini artıq var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu britaniyalı analitik Neyl Makfarleyn Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı münaqişə tərəflərindən səslənən şərhlərə toxunarkən deyib.

Makfarleyn bildirib ki, danışıqlar prosesi səslənən rəsmi bəyanatlardan asılı olmayaraq məzmunlu danışıqlar və ya onların yoxluğu ilə əlaqədar olaraq öz yerində sayır, hər hansı irəliləyiş qeydə alınmır.

Onun sözlərinə görə, münaqişənin həll prosesində artıq yeni konsepsiyalar ortaya çıxmayacaq. Makfarleyn qeyd edib ki, tərəflərin ətrafında razılığa gəlməli olduğu əsas çoxdan məlumdur, əgər böyük məsələlər həll olunarsa, yalnız detallı məsələlər ətrafında fikir ayrılıqları ola bilər.

“Tərəflərin bu gün hansı qətnamələri təqdim edəcəklərindən, hansı yeni konsepsiyaladan danışacaqlarından asılı olmayaraq, nizamlanma zəmini artıq var. Bu, “Madrid prinsipləri”dir və onun iki prinsipi ətrafında ciddi fikir ayrılıqları - öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü məsələləri var. Tərəflərin bütün prinsipləri qəbul etməsindən sonra hesab etmək olar ki, münaqişə nizamlanmaya yaxındır. Bunlar təhrif edilirsə, natamam təqdim edilirsə, qəbul olunmursa, bu, o deməkdir ki, münaqişə nizama salınmayacaq, status-kvonun qorunub saxlanılması davam edəcək. Çünki söhbət iki vacib prinsipdən gedir ki, onlar olmadan başqa prinsip əsasında bu cür münaqişə nizama salına bilməz. Münaqişənin son həll açarı bu iki prinsipin arxasında gizlənib”,- deyə britaniyalı analitik bildirib və əlavə edib ki, danışıqlar hələ bu mərhələyə çatmayıb.

Analitikin sözlərinə görə, bundan əlavə, erməni tərəfi Qarabağın (qondarma qurum-red.) iştirakının zəruriliyi haqqında səs qaldırmağa davam edir, Azərbaycan tərəfi isə bunu rədd edir.

“Mən hesab etmirəm ki, bu tələb bu gün həyata keçiriləcək. Lakin burada da problem var. Əgər Xankəndi iştirak etsə, yeni problem ortaya çıxacaq. “Madrid prinsipləri” Qarabağ (qondarma qurum-red.) tərəfi üçün qəbuledilməzdir. Hesab edirəm ki, bu münaqişənin nizamlanması üçün sürətli həllər yoxdur və hazırda planlaşdırılmır. Bu cür vəziyyətlərdə yaranan qorxu və təhlükələr baxımından, adətən belə münaqişələri iki-üç onillik ərzində həll etmək çətindir”,- deyə Makfarleyn bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Britaniyalı analitik: “Qarabağ münaqişəsinin nizamlanması üçün sürətli həllər planlaşdırılmır”

2019/11/neil_-1574066523.jpg
Oxunub: 556     17:41     18 Noyabr 2019    