“Paşinyanın ziddiyyətli bəyanatları səbəbindən Qarabağ münaqişəsinin nizamlanması dalana dirənib” - Şahnazaryan

2019/11/234-1573893048.jpg
Oxunub: 539     15:30     16 Noyabr 2019    
“Dövlətimizin inkişafının yəqin ki, ən təhlükəli mərhələsindəyik. Mənim fikrimcə belə təhlükəli mərhələ olmayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib.

O qeyd edib ki, onu bu müzakirələrdə iştirak etməyə gətirən məhz həyəcanlı narahatlıq səviyyəsidir.

Şahnazaryanın sözlərinə görə, son 1,5-2 ildə mövcud olan problemlər daha da gərginləşib və xarici və regional siyasət baxımından yeni növ təhlükəli təhdidlər olmaqla onlara yeniləri əlavə edilib.

Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, mövcud hakimiyyətin bir çox ziddiyyətli açıqlamalar verdiyini, ancaq bir məsələnin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı hökumət nizamlama və ya danışıqlar prosesini qaldığı yerdən yox, əksinə yeni nöqtədən davam etdirir.

“2018-ci ilin may ayına qədər danışıqlar masasında yalnız bir gündəm maddəsi vardı. Bu, təmas xəttində baş verən hadisələr üzrə beynəlxalq həmsədrlərin təşəbbüsləri, xüsusi avadanlıqların yerləşdirilməsi, ATƏT-in Minsk qrupunun tərkibinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması üzrə beynəlxalq mexanizmlərin yaradılmasından ibarət idi. Bu təmas xətti boyunca beynəlxalq elementlər yaratmaq məsələsi idi. Tənzimləmə baxımından vəziyyəti, beynəlxalq birliyin Qarabağ münaqişəsinə münasibətini əhəmiyyətli dərəcədə dəyişdirən Madrid Prinsipləri sənədi vardı. Ermənistanın və beynəlxalq ictimaiyyətin münaqişənin həlli məsələsində bir fikri, Azərbaycan isə digər fikri vardı”, - deyə Şahnazaryan bildirib.

Daha sonra o, indiki Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətə diqqət çəkib.

“Birincisi, mövcud hakimiyyət ümumiyyətlə üç Madrid prinsipi - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, güc və güc təhdidinin istisna edilməsi barədə sanki danışmaq istəmir. Əslində imtina edirlər. Danışıqlar prosesinin hakimiyyətin ziddiyyətli açıqlamaları və mövqeləri üzündən dalana dirəndiyi aydın şəkildə görünür”, - deyə sabiq MTX rəisi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

“Paşinyanın ziddiyyətli bəyanatları səbəbindən Qarabağ münaqişəsinin nizamlanması dalana dirənib” - Şahnazaryan

2019/11/234-1573893048.jpg
Oxunub: 540     15:30     16 Noyabr 2019    