Erməni ekspert: “Paşinyanın bəyanatları Ermənistanın danışıqlar prosesində mövqelərini çətinləşdirir”

2019/10/8-1572000088.jpg
Oxunub: 583     16:55     15 Noyabr 2019    
“Paşinyan Qarabağ münaqişəsi haqqında bəyanatları ilə Qarabağı danışıqlar masasına qaytarmaq şanslarını davamlı şəkildə azaldır. Halbuki, bir il əvvəl bu, onun tərəfindən prioritet kimi elan olunub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Hasmik Vardanyan Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatlarına toxunarkən bildirib.

O qeyd edib ki, Paşinyanın münaqişənin həlli ilə bağlı Ermənistan və Qarabağ (qondarma qurum-red.) “hakimiyyətləri”nin mövqelərinin 100 faiz eyni olması haqqında son iddiaları bu mənada növbəti hesablanmamış bəyanat olub.

Ekspert sözlərinə görə, əgər bir il əvvəl Paşinyanın danışıqlar masasında Qarabağı təmsil edə bilməyəcəyi ilə bağlı iddiaları müəyyən qədər beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər üçün anlaşılan ola bilərdisə, o, bu bir il ərzində etdiyi bəyanatlarla yaranmış imkanı nəinki aradan qaldırıb, həmçinin Qarabağın danışıqlar masasına qaytarılması perspektivinə ciddi zərbə vurub.

““Qarabağ Ermənistandır, vəssalam” bəyanatı, bundan sonra münaqişənin nizama salınması ilə bağlı Ermənistan və Qarabağ anlayışları sonuncu nüansa qədər eynidir. Həmsədrlərin Qarabağı münaqişənin üçüncü tərəfi, danışıqlar masasına qaytarmaq üçün Ermənistanın tələbi kimi əsaslandırılmış hesab edəcəyini gözləmək mənasızdır”, - deyə Vardanyan bildirib.

O qeyd edib ki, bəzi daxili problemləri həll etmək üçün verilən bu bəyanatlar Qarabağın danışıqlar masasına qayıtması ehtimalını azaltmaqla yanaşı, erməni tərəfinin danışıqlar prosesində mövqelərini də çətinləşdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ   Təxribat  

Erməni ekspert: “Paşinyanın bəyanatları Ermənistanın danışıqlar prosesində mövqelərini çətinləşdirir”

2019/10/8-1572000088.jpg
Oxunub: 584     16:55     15 Noyabr 2019    