Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” Araşdırma İnstitutunun siyasi şərhçisi Yervand Bozoyan Paşinyanın Qarabağla bağlı Paris bəyanatları haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, bunlar ya sadəcə sözlərdir, ya da haqqında məlumatsız olduğumuz sənəd hazırlanır.
Bozoyan bildirib ki, son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həll məsələsində Ermənistan və Qarabağın (qondarma qurum-red.) anlayışları eyni olub.
“Qarabağ məsələsi çətin həll ediləndir və strateji baxımdan yaxın illərdə həll olunan məsələ deyil, xalqların baxışı çox müxtəlifdir”, - deyə Bozoyan qeyd edib.
Politoloqun sözlərinə görə, strateji baxımdan geosiyasi vəziyyət kimi bir çox amillər var ki, Qarabağ probleminin həlli onlardan asılıdır.
Alpər Mövludoğlu
Ordu.az