Esper: “ABŞ Suriyada 600-ə yaxın qoşun saxlayacaq”

2019/11/esper-1573717784.jpg
Oxunub: 20375     11:18     14 Noyabr 2019    
“Vaşinqton Suriyada 600-ə yaxın əsgər saxlayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper Seul şəhərinə gedərkən bildirib.

Bir neçə gün öncə ABŞ Baş Qərargah rəisi Mark Milli də qeyd edib ki, Suriyada neft obyektlərini qorumaq üçün təqribən 600 hərbi qulluqçu göndəriləcək.

Qeyd edək ki, ötən ayın əvvəllərində ABŞ prezidenti Donald Tramp Suriyadan qoşunların çıxarılmasına qərar versə də, daha sonra Deyr əz Zor ərazisindəki neft quyularını terrorçulardan qorumaq üçün az sayda qoşunun orada qalacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Esper   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin