"Esper" sözünə uyğun 76 nəticə tapıldı!

Pentaqon rəhbəri: “Suriyadan çıxarılan ABŞ qoşunları müvəqqəti olaraq İraqda qalacaq”

2019/10/cc719-1571821518.jpg
Oxunub: 852     12:51     23 Oktyabr 2019    
“Suriyadan çıxarılan ABŞ əsgərləri ölkəyə qayıtmadan öncə müvəqqəti olaraq İraqda qalacaq”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper bildirib.

Esper ABŞ qüvvələrinin mərhələli şəkildə çəkildiyini və hazırda “hücum zonasından” ölkədən kənardakı şimal-şərq dəhlizinə keçdiyini qeyd edib.

Məlumata görə, ABŞ-ın onlarla zirehli texnikası bazar ertəsi günü İraqın şimalındakı kürd muxtariyyətindəki hərbi bazaya gəlib.

Trampın Suriyada neft quyularını qorumaq üçün az sayda əsgər saxlanacağı ilə bağlı açıqlamasına dair verilən suala Pentaqon rəhbəri bildirib ki, sözügedən məsələ hələki müzakirə mərhələsindədir.

Xatırladaq ki, hazırda İraqda İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində 5200 amerikalı hərbi qulluqçu var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   Esper