Erməni ictimai xadim: “Dağlıq Qarabağ problemi haqqında Paşinyanın təsəvvürləri məişət diletantlığından o tərəfə keçmir”

2019/11/456-1573640574.jpg
Oxunub: 682     17:45     13 Noyabr 2019    
“İngilis dili və ya hər hansı başqa bir dildə Qarabağ məsələsi, dövlət və digər vacib əhəmiyyət kəsb edən məsələlər haqqında danışmaq və ya danışıqlar aparmaq qəti şəkildə Nikol Paşinyana ziddir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai, siyasi xadim Samvel Farmanyan öz “Facebook” səhifəsində qeyd edib.

O, qeyddə Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisdə ingilis dilində verdiyi bəyanata toxunub.

“Təəssüf ki, bir tərəfdən onun Qarabağ problemi haqqında təsəvvürləri məişət diletantlığından o tərəfə keçmir, digər tərəfdən bütün bunları ingilis dilində ifadə etməyə çalışanda o, daha qarmaqarışıq təsvir alır. O, ingilis dilində heç nə bilmir.

Bu sadə gerçəkliyi bilməmək və başa düşməmək ayıb, qəbuledilməzdir, bunun nəticəsində Qarabağ münaqişəsi haqqında elə bir məntiqsiz ifadələr səslənir ki, təəccüb əvəzinə yalnız qəzəb yaradır.

Cəmi bir misal, azərbaycanlı blogerin sualına cavab olaraq Paşinyan Parisdə deyib: There is internationally established negotiation format, named OSCE Minsk Group Co-chairmanship and the mandate of that format is to decide on final status of Naghorno-Karabakh.

Tərcüməsi: ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə beynəlxalq şəkildə təsdiq olunmuş danışıq formatı var və bu formatın missiyası Dağlıq Qarabağın son statusuna qərar verməkdir.

Ayıb. Min ayıb. Bir milyon ayıb. Mövcud vasitəçilik və mümkün heç bir formatın, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrliyinin Dağlıq Qarabağın son statusuna qərar verəcək missiyası YOXDUR”, - deyə Farmanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ   ATƏT  

Erməni ictimai xadim: “Dağlıq Qarabağ problemi haqqında Paşinyanın təsəvvürləri məişət diletantlığından o tərəfə keçmir”

2019/11/456-1573640574.jpg
Oxunub: 683     17:45     13 Noyabr 2019    