Qarabağda mobil operatorlar erməni hərbi qulluqçularının ailələrini qarət edirlər

2019/11/recei-1573634377.jpg
Oxunub: 554     17:12     18 Noyabr 2019    
Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən mobil operatorunun fəaliyyətindən oradakı erməni hərbi qulluqçular və ailələri narazıdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ mütəmadi olaraq Ermənistan hökumətində qaldırılır, lakin heç bir şəkildə həll edilmir.

Ermənistan və işağ latında olan Qarabağ arasında zənglər rouminq vasitəsilə həyata keçirilir. Çıxış zəngi edərkən bir dəqiqə üçün tarif 38 dram, daxil olan zənglərin bir dəqiqəsi üçün 25 dram, SMS göndərmək üçün 40 dram təşkil edir. Erməni hərbi qulluqçular telefonunun balansını artırmaq üçün ailə büdcəsindən çox pul aparır.

Araşdırma zamanı məlum olub ki, hər bir ailə əsgərlə telefon əlaqəsi üçün orta hesabla aylıq 10 min dram sərf edir.

“Ermənistandan Qarabağa rouminq əlaqəsi vasitəsilə zəng edirik. Hər dəqiqə üçün ödəniş 45 dram təşkil edir. Hər həftə mobil telefona 2000 dram vəsait yüklənir. Orta hesabla hər ay 4000 dram ailə,bir o qədərdə əsgərin telefonuna məbləğ yüklənilir. Az bir müddət danışınca 10 min dram sərfiyyat olur”, - deyə işğal altında olan Hadrutda qulluq edən erməni əsgərin anası bildirib.

Qeyd olunur ki, 1000 dram vəsait hesabına cəmi 20-25 dəqiqə danışmaq mümükündür.
“2 ay ərzində oğlum hospitalda müalicə olunub, həmin dövrdə biz sözün əsl mənasında qarət edildik. Təqribən 35-36 min dram telefona sərf edirik”, - deyə tezliklə oğlu təxris ediləcək erməni əsgərinin anası bildirib.

Bir ay öncə təxris edilən erməni əsgəri T.A isə bildirib ki, xidməti ərzində mobil telefon danışıqlarının dəyərinin dəhşətli olması barədə dəfələrlə eşidib.

Qanunsuz fəaliyyət göstərən mobil operatorun rəhbəri Ralf Yirikyan müxtəlif səbəblərlə bu problemin həllini hər dəfə təxirə salır.

Yirikyan məsələ ilə bağlı açıqlamalarında hər dəfə bildirib ki, əgər Ermənistandakı mövcud danışıq qiymətləri Qarabağda da tətbiq edilərsə, bu Ermənistanla Qarabağın eyni olması məsələsini ortaya çıxa bilər.

“Biz Qarabağa gedərkən, niyə nəzarət buraxılış məntəqələrində bizdən şəxsiyyəti təsdiq edən sənədləri tələb edirlər. Axı, deyirlər eyni ərazidir, rouminq xidməti ləğv edilməlidir, bəs niyə yoxlayırlar? Əgər eynidirsə, bəs niyə iki prezident, iki parlament, iki hökümət, iki polis rəisi, iki MTX rəisi və sairə var? Axı söhbət iki ayrı sistemdən gedir, elə deyilmi? Bəs belə olan halda niyə rouminq məsləsinə gəldikdə operator hədəf alınır, ittihamlar səsləndirilməyə başlayır”, - deyə Yirikyan 2018-ci ilin avqust ayında verdiyi açıqlamasında bildirib.

O, 2016-cı ildə müsahibəsində bildirib ki, müxtəlif hərbi hissələrdə əsgərlə görüşüb və mobil telefonlarla rouminq danışığı ilə bağlı 2-3 ay ərzində çıxış yolu tapacağına dair vəd verib. Ancaq 3 il keçib heç bir dəyişiklik yoxdur.

Artur Badasyan bildirir ki, qonşu İran, Azərbaycan, Gürcüstanda mobil telefon xidmət haqqı və internet xidmətlərinin dəyəri Ermənistanla müqayisədə 5-6 dəfə ucuzdur.

Onun sözlərinə görə, qanunsuz fəaliyyət gösətərən operator əhalini qarət edir. 20 il ərzində digər operatorun bazara daxil edilməsi qadağandır. 2002-ci ildə sərmayədarlardan biri olan Anişavan Danielyan operatorun sərmayə ortağı olan Arkadi Qukasyan inhisar yolu ilə rabitəni Livan vətəndaşları olan ərəblərə veriblər.

Qeyd olunur ki, Qarabağdakı rabitə komunikasiyası infrastrukturu, xətlər və tikililərin dəyəri 32 milyon dollar olsa da, inhisarçılıqla cəmi 6 milyon dollara ərəblərə verilib.

Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Paşinyan Qarabağdakı rabitə sisteminə yenidən baxılacağına vəd verib. Həmin vədə əsasən mobil danışıq tariflərini 2020-2025-ci ili əhatə edən 5 il ərzində 5 dram/dəq endirilməsi nəzərdə tutulurdu.

Qondarma qurumun “nümayəndələri”ndən biri olan Masis Mailyan bildirib ki, 2020-ci ildə 2-ci mobil operator Qarabağ bazarına daxil olacaq və rouminq xidməti ləğv ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Rabitə  

Qarabağda mobil operatorlar erməni hərbi qulluqçularının ailələrini qarət edirlər

2019/11/recei-1573634377.jpg
Oxunub: 555     17:12     18 Noyabr 2019    