Erməni deputat: “Ermənistan ordusunda yeni fədailikdən qurtulmağın vaxtı çatıb”

2017/12/nagorno-karabakh-conflict345345345_1509345202345_1512552626.jpg
Oxunub: 14770     12:02     13 Noyabr 2019    
Ermənistan parlamentinin son iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının deputatı Sergey Baqratyan vergi güzəştləri barədə danışıb.

O, hərbi texnikanın yalnız hərbi məqsədlər üçün idxalına görə vergi güzəştləri verilməli olduğunu vurğulayıb.

“Biz xeyriyyəçi həmyerlilərimizə kömək etməliyik və prosesi sadələşdirməliyik. Gəlin, gömrükdə sadə aydın bir qanun qoyaq ki, ordu üçün yük heç bir maneə olmadan ünvana çatdırılsın”, - deyə Baqratyan bildirib.

“Mənim addımım” fraksiyasının üzvü Hovik Ağazaryan is’ yeni fədailikdən qurtulmağın vaxtının çatdığını qeyd edib.

“Sərhəddə hadisələr baş verirsə və əsgər geri baxaraq, kimsə tank, kimisi konserv, kimisi çörək və kimisinin kolbasa gətirdiyini görürsə, o halda deyəcək ki, bəs dövlət hanı? Narahat olacaq və vahiməli, çaxnaşmalı əhval-ruhiyyə yaranacaq”, - deyə o bildirib.

Ağazaryan sözlərinə görə, hər şey dövlət strukturları vasitəsi ilə edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Parlament   Müzakirə  


Bizi "telegram"da izləyin