Erməni politoloq: “Radikal bir güzəşt məsələsi olarsa, Ermənistan hakimiyyəti bunu öz üzərinə götürməz”

2019/11/Qerya-1573629794.jpg
Oxunub: 28801     13:12     13 Noyabr 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl işğal altında olan Qarabağda qondarma qurumun bir sıra nümayəndələri ilə görüşüb və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunub.

Görüşdən sonra görüşdə iştirak edənlər biri- Artur Tovmasyan bir sıra maraqlı detallar təqdim edib. O, Paşinyanın danışıqlar prosesində canlanma əlamətləri olduğuna inandığı üçün məsələnin hərbi yolla həllini istisna edir.

“O, “Madrid prinsipləri”nin masada olmadığını söyləyib. Bu çox vacibdir, çünki biz bu prinsipləri qəbul etmirik. Gizli heç bir şey olmayacaq və mən Ermənistan Baş nazirinin səmimiyyətinə inanıram”, - deyə Tovmasyan bildirib.

Erməni politoloq Qarik Keryan Paşinyanın açıqlamasını çox maraqlı hesab edir və danışıqların gedişatı ilə bağlı son dərəcə vacib məlumatların açıqlandığını düşünür.

““Madrid prinsipləri” kifayət qədər yaxşı müzakirə olunub və “döyülüb”. İndi “Madrid prinsipləri” masada deyilsə, nəyin qorunub saxlanıldığı, nəyin olmaması və ya tamamilə yeni bir yanaşma haqqında bəzi məlumatlar açıqlanmalıdır. “Madrid prinsipləri”nə görə, Dağlıq Qarabağ Muxtar vilayətindən kənar ərazilər geri qaytarılmalı, Qarabağa müvəqqəti status verilməli və sonra münaqişə referendumla yekun həll edilməli idi. Yeri gəlmişkən deyim ki, “Madrid prinsipləri”nin rəsmi olaraq hökumət miqyasında məxfiliyi açıqlanmır. Mətbuatda olanlar yalnız mətbuata məlum olanlardır və rəsmi deyil. Yeni hakimiyyətin hansı yolla getdiyini söyləmək çox çətindir”, - deyə politoloq bildirib.

Keryanın sözlərinə görə, yeni sənəddə münaqişənin həlli üçün vacib prinsiplər olan mərhələli və ya paket həll variantın olub-olmaması məsələsi olmalıdır.

“Əgər mərhələli olarsa, onda deyək ki, “Madrid prinsipləri” Qarabağın statusunun gələcəkdə referendum yolu ilə həllinə mərhələli yanaşmağı təklif edirdi. 1998-ci ildən bəri uğrunda siyasi müharibə olan paket həll variantında isə Qarabağın statusu da dərhal həll edilməli idi. Yəni paket variantı ilə həll yolunun nə olduğunu tam bilməliydik. İndi sual yaranır ki, Paşinyanın təklifi əvvəlcə Qarabağın statusu məsələsini həll edəcək, sonra qalan məsələlər, yoxsa Qarabağın statusu məsələsi yenidən qeyri-müəyyən bir gələcəyə təxirə salınacaq? Ancaq hansı prinsipi dəstəklədiyini və ya bəlkə də üçüncü bir prinsipi irəli sürdüyünü rəsmi şəkildə bildirmədiyi və Azərbaycanla qarşılıqlı razılaşma əsasında sülh yolu ilə nizamlanması üçün strateji əsas kimi götürdüyü prinsip məlum olmadığına görə hər hansı bir nəticə çıxarmaq çətindir”, - deyə o bildirib.

Paşinyanın Qarabağ “xalqı”, Ermənistan, və Azərbaycan xalqları üçün məqbul bir həll yolu tapmasına dair münasibətinə gəlincə, politoloq vurğulayıb ki, nəzəri cəhətdən bunu təsəvvür etmək çox çətindir, amma indi bunun mümkün olmadığını bəyan etsək, bu, danışıqları dayandırmaq və müharibəyə hazırlaşmaq demək olacaq.

“Əgər belə bir variantın nəzəri cəhətdən mümkün olduğunu söyləsək, deməli danışıqlara gedirik. Azərbaycan ermənilər üçün seçim tapmaq mümkün olmadığını bəyan edərsə, bu, Azərbaycanın da danışıqlar aparmaqdan imtina etdiklərini göstərəcək. Danışıqların məntiqi elə davam edir ki, bu, danışıqlar aparan və vasitəçi tərəflərin hər üç tərəf üçün məqbul olan kompromis variantı tapa bilərlər”, - deyə Keryan qeyd edib.

Eyni zamanda, Keryan, tarixdəki heç bir qarşıdurmanın heç də hamını tamamilə qane etmədiyinə işarə edib.

“Ancaq tərəflərin hər biri tələblərinin ən azı qismən təmin edilməsini taparsa, münaqişələr həll olunub. Hər üç tərəfi qane etməli olduğumuzu söyləyiriksə, bu, bütün tələblərin yüz faizinin yerinə yetirilməsi demək deyil. Bu o deməkdir ki, tərəflər hər hansı məmnuniyyət və təhlükəsizlik zəmanəti payını aldıqdan sonra güzəştə gedə bilər”, - deyə siyasi şərhçi bildirib.

Radikal bir güzəşt məsələsi olarsa, Keryanın sözlərinə görə, hakimiyyət bunu öz üzərinə götürməz.

“Heç bir siyasi qüvvə bu məsuliyyəti öz üzərinə götürməyəcək və nə Milli Məclis, nə də icra hakimiyyəti orqanı bu addımı atmayacaq. Güman edirəm ki, bir həll yolu tapılıb xalq müzakirəsinə çıxarılsa, bu qərarı qanuniləşdirmək üçün referendum keçirilməlidir. Heç bir siyasi qüvvə bu məsuliyyəti öz üzərinə götürməyəcək, məsuliyyəti referendumun nəticələrinin üzərinə qoyacaqlar”, - deyə politoloq sözlərini tamamlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin