“Moskva Qərbin müttəfiqi hesab edilə bilməz”, - deyə Mayk Pompeo Rusiyanın bu gün Drezdendəki KQB zabitləri tərəfindən idarə olunduğunu vurğulayaraq, ölkənin qonşularına hücum etdiyini və siyasi rəqiblərini məhv etdiyini söyləyib.
Almaniyanın paytaxtında Berlin Divarının yıxılmasının 30-cu ildönümünə həsr olunan mərasimdə çıxış edən Pompeo, Qərbin simvolik bu addımı atmaqla zülmün sona çatması və bitdiyini düşünməkdə səhv etdiyini deyib.
“Bu gün biz azad olmayan ölkələrlə rəqabət aparırıq və siyasətlərini sərtləşdiririk. Buna görə Birləşmiş Ştatlar Almaniyanı Rusiya ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirməməyə çağırır. Avropanın təchizat baxımından Vladimir Putindən asılı olmasını istəmirik”, - deyə dövlət katibi vurğulayıb.
Erməni politoloq Sarqis Artsruni bildirib ki, ABŞ-ın yüksək səviyyəli bir rəsmisi, əslində mövcud Rusiyaya həqiqi bir qiymət verərək, bu ölkənin işğalçı, xarakterinə işarə edib.
“Vaşinqtonun xatırlatmasının əsas qəbuledicisi əlbəttə ki, Almaniyadır, amma Pompeonun sözlərini ilk növbədə Moskvanın təcavüzkar siyasətinin əsas hədəfləri olan postsovet ölkələri eşitməlidir”, - deyə o qeyd edib.
O bildirib ki, bu cür qiymətləndirmələrdən sonra yaxın gələcəkdə ABŞ, Qərb ölkələri və Rusiya arasında münasibətlərin normallaşacağını gözləmək çətindir və deməli, Soyuq Müharibə davam etmək niyyətindədir və bu, əlbəttə ki, Ermənistanın siyasi sisteminə də problemlər yaradacaq.
“Robert Köçəryanın bir neçə gün əvvəl qondarma “eksklüziv” məqaləsində yazdığı şey Ermənistandakı rus vassal rejimini əbədiləşdirmək çağırışından və inqilabın nəticələrini ləğv etmək üçün açıq bir cəhddən başqa bir şey deyildi. Zehni baxımdan, Putinin erməni müttəfiqləri, forpost statusu müqabilində Ermənistanın suverenliyini qurban verməyə hazır olan keçmiş sistemin rəhbərləridir. Moskvanın ümumi nüfuza, Robert Köçəryan və Serj Sarkisyan kimi liderlərin timsalında talançılara ehtiyacı var Bu nöqtədə, bugünkü Rusiya elitası və erməni cinayətkar oliqarxiyası təbii müttəfiqlər, əvəzolunmaz tərəfdaşlardır, hər ikisinin fəaliyyət hədəfi də Ermənistanın suverenliyi və vətəndaşlarının azadlığına qarşı yönəlib”, - deyə siyasi şərhçi bildirib.
Onun sözlərinə görə, bu təhlükəli kurs hakimiyyət dəyişikliyi yolu ilə dayandırıldı, lakin tarixi dönüş hələ Ermənistanın xarici siyasətinə yeni bir təkan verməyib, bunun nəticəsində Ermənistan-Rusiya münasibətləri hələ də vassal rejimindən azad olunmayıb.
Alpər Mövludoğlu
Ordu.az