Daşnaksütun nümayəndəsinin Paşinyana ünvanlanan eyhamı

2019/11/567-1573561049.jpg
Oxunub: 28846     16:50     12 Noyabr 2019    
Daşnaktsütun partiyasının Ali Orqanının mətbuat konfransında Taron Tonoyan maraqlı bir açıqlama ilə çıxış edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arayik Harutyunyanın Daşnaksütuna ünvanlanmış “savadsız” açıqlamasına Taron Tonoyan cavab verib.

O qeyd edib ki, aksiya keçirən gənclər Aprel döyüşlərinə ilk reaksiya verənlərdir və ikinci cəbhədə səngər qazanlar yox, Talış cəbhəsindəki ön xəttə çıxanlardır.
Əslində, Daşnaksütun nümayəndəsinin eyhamı Paşinyana ünvanlanıb.

Tonoyan qeyd edib ki, Harutyunyan yalnız daşnak gənclərini “savadsız” hesab etmir, eyni zamanda Ermənistandakı Daşnaksütunu da belə hesab etmiş olur. Dini mərkəzin zəbt edilməsi orada çadır qurmağın yolverilməz olduğunu qeyd edib.

“Bizim üçün məhkəmələri əngəlləyən, mühasirəyə alan insanlar tərbiyəsiz hesab olunur. Bu, tərbiyəmizdir, məsələnin qalan hissəsini ictimaiyyətin mühakiməsinə buraxıram. Əgər Arayik Harutyunyan çox tərbiyəlidirsə, qoy Yerablurda yatan və daşnak olan insanların analarından üzr istəsin”, - deyə Daşnaksutyun nümayəndəsi bildirib.

Tonoyanın sözlərinə görə, Daşnaksütunun tənqidləri həmişə dövlətin xeyrinə olub və onlar heç vaxt qeybət etməyiblər. Onun sözlərinə görə, gənclərin aksiyası son 1-1,5 ildə baş verən neqativ halların təzahürü idi.

Mədəniyyət, təhsil və elm sahəsində həyata keçirilən siyasəti, cəmiyyəti qeyri-milliliyə aparan siyasəti narahatedici hesab etdiyini vurğulayıb.

“Bu, planlaşdırılan siyasət dediyimiz, nəticəsi sülhün hər hansı bir şəkildə qəbul edildiyi qeyri milli Ermənistan vətəndaşının əldə edilməsidir. Bu bizi qorxudur, buna milli təhlükəsizlik baxımından yanaşırıq”, - deyə Tonoyan bəyan edib.

Xatırladaq ki, Daşnaksütunun təşəbbüsü ilə öncə hökümət, sonra Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında etiraz aksiyaları başlanıb, bundan sonra qeyri-müəyyən bir vaxtadək nazirin istefası tələbi ilə oturaq aksiyasına başlanılıb.

“Dünən cavab vermək fürsətim olub. Əvvəla, qeyri-erməni daşnaklara, onların rəhbərliyinə müraciət edərək partiyalarına sahib çıxmalarını xahiş edirəm, çünki daşnaklara savadsız haqsız davranış ən qədim partiyamızdan biri olan Daşnaksütuna hörmət, nüfuz gətirmir. Daşnaksütun, xüsusən də keçən il hadisələrindən sonra fərqli bir mövqe tutmalı və niyə ictimaiyyət tərəfindən rədd edildiyini başa düşməli və Daşnaksütunu iflic etdiyinə görə şəxsləri əvəz etməli idi”, - deyə Harutyunyan cavabında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşnaksütun   Paşinyan   Etiraz  


Bizi "telegram"da izləyin