Erməni sakin atla minaya düşüb

2018/04/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295_1523995180.jpg
Oxunub: 22356     14:49     12 Noyabr 2019    
İşğal altında olan Qarabağda erməni sakin minaya düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 9-da, saat 16:20 radələrində Əsgəran sakini, 1970-ci il təvəllüdlü A.O sol baldır nahiyəsindən çoxqəlpəli yara, sağ topuq qovşağı nahiyəsindən isə qəlpə yarası diaqnozu ilə tibb mərkəzinə yerləşdirilib.

Müəyyən edilib ki, o, sözügedən yaranı həmin gün 15:00 radələrində Xocalı rayonunun Pirlər kəndi inzibati ərazisinin Daşbaşı adlanan yaşayış məntəqəsində alıb.

Belə ki, sözügedən şəxs özünə aid olan atla gedərkən piyada əleyhinə minaya düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Mina  


Bizi "telegram"da izləyin