Partiyalardan alınmış məlumatlardan aydın olur ki, görüşlər səfirin təşəbbüsü ilə baş tutub, Ermənistanın daxili-siyasi və iqtisadi problemləri, o cümlədən Qarabağ məsələsinin nizama salınması ətrafında müzakirələr aparılıb.
Səfirin görüşlərində mövcud mesajlarla bağlı "Haykakan Jamanak" nəşrinə açıqlama verən politoloq Manvel Sarkisyan qeyd edib ki, ABŞ hökuməti tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına sərhəd təhlükəsizliyinin təmin edilməsi texnikasının hədiyyə edilməsi, həmçinin ABŞ Konqresinin üzvləri Ceki Spir-Kançelyan, Cudi Çun və Frank Palonun Qarabağa (qanunsuz-red.) səfəri ABŞ-ın da Ermənistan sərədlərinin təhlükəsizliyinin qorunmasında maraqlı olduğu göstərir.
Manvel Sarkisyanın fikrincə, regional hərbi inkişaflar kontekstində bu addımlar ABŞ-ın Ermənistan sərhədlərinin təhlükəsizliyinə qarşı siyasi münasibətinin təzahürüdür.
Siyasi görüşlərə toxunan Sarkisyan xatırladıb ki, “Azad Demokratlar” qərbyönümlü qüvvədir və ABŞ nümayəndələri ilə mütəmadi olaraq görüşür, Respublikaçılarla Daşnaksütun partiyası isə keçmiş hakim koalisiyanın qüvvələridir.
“Qərb ölkələri daim çalışır, hər kəslə işləyir. İndi sadəcə hakimiyyətdən uzaqlaşmış qüvvələri seçib: əgər indi “Çiçəklənən Ermənistan” partiyası da uzaqlaşmış olsaydı, bəlkə onlarla da görüşərdilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az