“Erməni-türk münasibətlərinin nizama salınması açarı Moskvadadır” – Sarkisyan

2019/11/23423-1573546744.jpg
Oxunub: 9049     13:32     12 Noyabr 2019    
Ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edib. Hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Ermənistana gələn Lavrov “Mediamax.am” nəşrinə müsahibə verib.

Erməni politoloqlar Suren Sarkisyan və Narek Minasyan “1in.am” nəşrinə açıqlama verərək müsahibə ilə bağlı təəssüratlarını bölüşüblər.

“Böyük müsahibə olub, o, müsahibədə müxtəlif mövzulara toxunub, suallar kifayət qədər maraqlı idi. Əslində erməni-rus əlaqələrində çox maraqlı qiymətləndirmələr, yanaşmalar var idi. Erməni-türk münasibətləri haqqında da söhbət var idi. Diqqətimi çəkən məqam erməni-türk münasibətləri məsələsi idi. Bu, həqiqətən də olduqca vacib məsələdir, çünki on il əvvəl erməni-türk münasibətlərinin açarı Vaşinqtinda idisə, indi Moskvadadır. Bunun bir təsadüf olması və ya burada motivlərin olduğunu deyə bilmərəm, amma, deyəsən, erməni-türk əlaqələrində hazırda hansısa proseslər gedir”, - deyə o bildirib.

Politoloq Narek Minasyan isə qeyd edib ki, “məxməri inqilab”dan sonra Lavrovun rəsmi səfər çərçivəsində ilk dəfə Ermənistana gəlməsi olduqca vacib məsələdir.

“İnqilabdan sonra hansısa gözləmə mərhələsi var idi. Bu mərhələ zamanı Rusiyanın siyasi dairələri bəyanatlardan asılı olmayaraq Ermənistan hakimiyyətinin əsas fəaliyyətlərlə, addımlarla hara getdiyini anlamağa çalışırdı. Onlarda Ermənistan hakimiyyətinə qarşı inam elementi nəzərə çarpır”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Lavrov  


Bizi "telegram"da izləyin