“Lavrov “Lavrov planı”nın bizim üçün daha pis olan versiyasını təqdim edir” - Bekaryan

2019/11/Beqar-1573546480.jpg
Oxunub: 17791     15:14     12 Noyabr 2019    
“Lavrov “Lavrov planı”nın redaktə edilmiş və bizim üçün daha pis olan versiyasını təqdim edir: bu, hazırkı hakimiyyətin xarici siyasətinin yoxluğunun birbaşa nəticəsidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni ictimai-siyasi xadim Karen Bekaryan öz “Facebook” səhifəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Mediamax.am” nəşrinə verdiyi müsahibəsinə toxunarkən yazıb.

Qeyd edək ki, Lavrov verdiyi müsahibəsində erməni tərəfi üçün əlverişli olmayan formatların olduğunu bildirib.

Karen Bekaryanın qeydində bildirilir:

“Lavrovun İrəvan missiyası Qarabağın həll prosesinin Ermənistan üçün daha pis olan versiyası ilə bağlıdır (kiminsə zövqündə daha çox “Lavrov planı” termini istifadə olunub. Beləliklə, Lavrov rəsmi İrəvana öz adından planın bizim üçün daha pis redaktə olunmuş versiyasını təqdim edir).

Səbəb budur ki, “blitlər”in (blit içərisi ət, kartof və ya başqa bir şeylə doldurulmuş xəmir yeməyidir-red.) çatışmazlığı xüsusilə hiss olunmur. Müsahibənin erməni-türk ilə əlaqəli olan hissəsində bir “blit ətri” də mövcuddur...

“Qamçılar” isə heç bir yerdə yoxa çıxmayıb, sadəcə qayğı ilə saxlanılıb...

Və bu vəziyyət sadəcə hakimiyyətin xarici siyasətinin, daha dəqiq desək, onun yoxluğunun, həmçinin Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir strategiyasının yoxluğunun nəticəsidir.

Lavrovun bir hissəsi özünü dərhal hiss etdirməyəcək səfərinin nəticələri ilə bağlı mövzuya yenidən toxunmaq lazım gələcək...”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov-planı   102-baza  


Bizi "telegram"da izləyin