Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mihran Hakobyan öz “Facebook” səhifəsində qeyd edib.
O bildirib ki, ermənilərin Asiyanın əvvəlki xalqları, farslar, yunanlar, Aralıq dənizi hövzəsindəki xalqlar, həmçinin Anadolu xalqları ilə çoxlu ortaqlıqları var. Lakin sosial-mədəni məsələlərdən tutmuş inanc, həyat məsələlərinə qədər ermənilərin və qafqazlıların vaynax, abxaz və ya adigeylərlə ortaqlığını tapmaq çox çətindir.
“Rusiya imperiyası və Sovet dövrünün ortaqlığı arqument deyil, çünki məsələn, belaruslar və özbəklərlə eyni ortaqlıq var. Mən Paşinyanı ittiham etmirəm, o, ermənilərin qafqazlı olmamasından xəbərsizdir.
Mən sadəcə sübut edirəm ki, şəxsiyyət problemi var, çox ciddi problem var. Əgər ölkə başçısı bu fundamental suala cavab vermirsə, onda sübut etməlidir ki, iş işdən keçib. Səbəb məhz budur ki, təhsil reformu zərurəti var, yarımçıq savadın aradan qaldırılması üçün ciddi zərurət var.
Səbəb məhz budur ki, erməni kimliyinin sütunlarına - erməni dili və Erməni Apostopol Kilsəsinə barmaqarası baxmaq olmaz. Bu fundamental məsələlərə göz ölçüsü ilə yanaşmaq olmaz”, - deyə deputat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az