Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qiymətləndirmə Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyasının sədri, “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryanın ciddi etirazına səbəb olub.
O bildirib ki, Manukyanın bu cür qiymətləndirmə etməyə haqqı yoxdur.
“Manukyan nəyin əsasında belə bir qiymətləndirmə verir? Komissiya artıq 4 aydır fəaliyyət göstərir, hazırkı an etibarilə mən qiymətləndirmə verməyə və bu kimi qiymətləndirmə verməyə qorxuram”,- deyə Köçəryan qeyd edib.
Onun sözlərinə görə, sabiq nazir sadəcə öz məlumatını sərhədlərində bu cür qiymətləndirmələrlə səsləndirə bilməzdi.
“O, sabiq Müdafiə naziri kimi bu müddət ərzində həmin əməliyyatları (Aprel döyüşləri - red.) bəlkə də geniş miqyaslı kimi müşahidə edə bilərdi, lakin hazırkı anda silahlanma şəraitində geniş miqyaslı müharibələr fərqli xarakter daşıyır”,- deyə erməni deputat bildirib.
Alpər Mövludoğlu
Ordu.az