Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfir eyni zamanda iki ölkə liderləri və Xarici İşlər nazirlərinin görüşlərini müsbət qiymətləndirib.
Onun sözlərinə görə, bu kimi görüşlər müsbət nəticələr verə bilər.
“Biz tərəfləri bu il ərzində müzakirə olunan konkret vasitələrlə bağlı konkret humanitar və təhlükəsiz vasitələrə razılaşmağa çağırırıq ki, bunlar iki ölkə əhalisini sülhə hazırlasın və gərginliyi azaltsın”,- deyə səfir bildirib.
Alpər Mövludoğlu
Ordu.az