Ordu.az xəbər verir ki, o, bunu öz “Facebook” səhifəsində qızı Arpi ilə şəkil paylaşaraq bildirib.
Qeyd olunur ki, Paşinyan Qarabağa ötən gün Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın toyunda iştirak etmək üçün gəlib.
Hələ bir neçə gün bundan öncə erməni mediası yazıb ki, bu həftənin şənbə günü Qarabağda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın toyu baş tutacaq.
Paşinyanın başçılığı ilə Ermənistanın siyasi elitası ilə yanaşı “Qarabağ klanı”nın nümayəndələri də bu toya dəvət olunublar. Gəlin, “Mənim Addımım” fraksiyasının deputatı Sos Avetisyanın bacısıdır.
Qeyd edək ki, Paşinyanın Qarabağa səfəri bir gün çəkib.
Alpər Mövludoğlu
Ordu.az