Ermənistan ordusunda tabor komandirinin müavini xidmətdən imtina edib

2018/12/ax-20-1545826652.jpg
Oxunub: 19160     09:12     02 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində üzləşdikləri qanunsuzluqlar, haqsızlıqlar və yersiz təzyiqlər səbəbindən hərbi xidmətdən yayınanların, eləcə də döyüş növbətçiliyi aparmaqdan imtina edənlərin sayı günbəgün artır.

Ordu.az xəbər verir ki, Ermənistan ordusunda tabor komandirinin müavini- qərərgah rəisi vəzifəsində xidmət edən mayor Davit Hayrapetyan hərbi hissəni icazəsiz tərk etdikdən sonra Çəmbərək Hərbi Polisinə gələrək izahat yazmış və həmin hərbi hissədə xidmət etmək istəmədiyini bildirib.

Hadisə araşdırılır. Hərbi polisin rəisi zabitin niyə bu addımı atdığını öyrənmək məqsədilə onunla 2 dəfə görüşüb. Zabit sadəcə xidmət yerinin dəyişdirilməsini tələb edir.

Faktla bağlı hələlik cinayət işi başlanılmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fərarilik  


Bizi "telegram"da izləyin