Müdafiə naziri hərbi şəhərciklərdə siyahıyaalınma ilə bağlı tapşırıq verib

2019/08/1566139241.jpg
Oxunub: 8810     11:24     02 Oktyabr 2019    
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.

Müdafiə Nazirliyindən Ordu.az-a bildirilib ki, bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-naziri   Siyahıyaalınma  


Bizi "telegram"da izləyin