Məqalənin müəllifləri (onlardan biri də erməni politoloq Suren İonisyandır) qeyd edirlər ki, Serj Sarkisyan tərəfindən Paşinyana hakimiyyətin ötürülməsindən bir il yarım sonra Ermənistan nəinki demokratikləşməyib, həmçinin avtoritar ölkəyə çevrilib və orada Ermənistanın Konstitusiyası, qanunları yox, qərbyönümlü ictimai təşkilatların qaydaları üstünlük təşkil edir.
Məqalədə “Açıq cəmiyyət fondları” təşkilatı və Ermənistanda fəaliyyət göstərən, habelə ölkədə kifayət qədər böyük izləyiciləri olan müxtəlif strukturlardan bəhs olunur. Məqalədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Hökumətin əksər üzvləri, parlament deputatlarının bir hissəsi və digər şəxlərdən ayrı-ayrılıqda qeyd edilir.
“Paşinyan xarici və daxili siyasət sahələrində öz addımlarının gözlənilməzliyinə görə Ermənistanın milli təhlükəsizliyi üçün əsas təhlükəyə çevrilib”, - deyə məqalədə qeyd edilir.
Müəlliflər qeyd edirlər ki, Paşinyanın əsas məqsədlərindən biri qondarma qurumun “Xarici İşlər naziri” Mayis Mayilyanı hakimiyyət gətirmək və 5 rayonu Azərbaycan qaytarmaqdır (bu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun proqramı hesab edilir).
“2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Xarici İşlər naziri Zohrab Mnatsakanyan 5 milyard dollar qarşılığında 5 rayonunun qaytarılmasına razılıq verib”, - deyə məqalə müəllifləri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az