Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər Gürcüstan və Azərbaycan Müdafiə nazirlikləri arasında əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
İ.Qaribaşvili Azərbaycanla hərbi sahədə əməkdaşlıqla yanaşı, bu sahədə Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatına da toxunub.
Nazir hərbi təhsil sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsi barədə də danışıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib.
Ordu.az