“Heç bir qüvvə Çini sarsıda bilməz” - Si Tsinpin

2019/10/20191-1569927234.jpg
Oxunub: 7043     17:07     01 Oktyabr 2019    
“Çin xalqını və millətinin inkişafının qarşısını alacaq heç bir qüvvə yoxdur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu bu gün Pekində baş tutan paradda çıxışı zamanı Çin Xalq Respublikasının sədri Si Tsinpin bildirib.

O qeyd edib ki, heç bir qüvvə Çini sarsıda bilməz.

“Birlik dəmir və poladdır; birlik güc mənbəyidir. Bu, Çin xalqına və millətinə bütün risklərə və problemlərə qarşı, bir qələbədən digərinə doğru irəliləməyə imkan yaratdı. Vətənə tam qovuşmaq qaçılmaz addımdır. Heç kim və heç bir qüvvə bunu dayandıra bilməz”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Pekində Çin Kommunist Partiyasının 70-ci ildönümü münasibətilə parad keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Parad  


Bizi "telegram"da izləyin