“İravunk”: “Yerkrapah”ın Paşinyanın əmrlərinə tabe olacağı sual yaradır

2018/11/345-(-1543313953.jpg
Oxunub: 30468     16:11     01 Oktyabr 2019    
Sasun Mikayelyanın məsələsi Ermənistanın hakim komandasında müzakirə olunsa da, yekun qərar yoxdur.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “İravunk” nəşri yazır.

Qeyd edilir ki, Paşinyan Sasundan xilas olana qədər onu açıq şəkildə cəzalandırmaq istəyir.

Səbəb təkcə onun Vanetsyanla bağlı açıqlaması deyil. Məsələ burasındadır ki, Sasun artıq neçənci dəfədir Paşinyan üçün bir neçə cəhətdən ciddi problem olan mövqelərdən çıxış edir.

Birincisi, elitada bəziləri müntəzəm olaraq Sasunu təqlid etməyə çalışırlar, yəni onun nümayişkəranə müstəqilliyi yoluxucu hala çevrilib.

İkincisi, Sasun Vanetsyanla bağlı ifadələri ilə göstərdi ki, zərurət yaranacağı təqdirdə nəticəsindən asılı olmayaraq Paşinayna da birbaşa qarşı çıxa bilər.

Nəhayət, Paşinyan “Yerkrapah” hərbi təşkilatının Aram Zaveniçə yox, Sasuna verilməsinə razı olmasına artıq peşmandır.

Sasun elə bir qorxu yaradıb ki, kulminasiya anlarında “Yerkrapah” hərbi təşkilatının Paşinyanın əmrlərinə tabe olacağı sual yaradır.

Lakin bütun bunlara baxmayaraq, Nikol hələki Sasuna qarşı çıxmağa ehtiyat edir. Adi üsullarla Sasunun başına cinayət işi açmaqla onu qovmaq növbəti böyük səs-küy yaradacaq. Hakim partiyadan uzaqlaşdırılması halına baxmayaraq, Sasun parlamentdə kiçik, lakin möhkəm qrupla fərqlənəcək.

Hazırda “Yerkrapah” hərbi təşkilatında yeni hakimiyyət dəyişikliyi etmək mümkünsüzdür, çünki orada 1-2 “mina”dan başqa, əksəriyyət Sasunun tərəfdarlarıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Paşinyan  


Bizi "telegram"da izləyin