Emənistanda 2020-ci ildə hərbi büdcə 301 milyard dram təşkil edəcək?

2019/06/Untit-1561699247.jpg
Oxunub: 6542     16:00     01 Oktyabr 2019    
Ermənistanın 2020-ci il büdcə lahiyəsinə əsasən, cari ilin orta məzənnəsi ilə ölkənin hərbi müdafiəsinə təxminən 301.2 milyard dram və ya 625 milyon dollar ayrılması planlaşdırılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 30-da Ermənistan hökumətinin növbədənkənar iclası zamanı büdcə lahiyəsi təsdiqlənib.

Lahiyə qüvvəyə minməsi üçün parlamentdə qəbul olunmalı və prezident tərəfindən imzalanmalıdır.

2019-cu ildə müdafiə xərcləri təxminən eyni miqdarda - 300.6 milyard dram olub.

“Hərbi ehtiyacların qarşılanması” alt lahiyəsinə 2019-cu ilin təxminən 190 milyard dramı qarşısında 2020-ci ildə 194.2 milyard dram ayrılacaq.

Ordu quruculuğu şəraitlərinin yaxşılaşdırılması işlərinin genişlənməsi üçün 2019-cu ilin 66 milyard dramı qarşısında 97.2 milyard dram ayrılması nəzərdə tutulur.

Rusiya tərəfindən verilən kredit çərçivəsində, 2019-cu ilin 42.8 milyard dram avtomobil və mühəndis texnikası qarşılığında 2020-ci ildə 13 milyard dram olacaq.

Ermənistanın hərbi xərcləri 2017-ci ildə təxminən 210 milyard dram, 2018-ci ildəki xərclər təqribən 247 milyard dram, 2019-cu ildə isə 310 milyard dram təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-büdcə   Ermənistan  


Bizi "telegram"da izləyin