Erməni partiya sədri: “Paşinyanın şəxsiyyətindən hələ çox şey asılıdır və bu narahatvericidir”

2019/10/456-1569923712.jpg
Oxunub: 6984     20:38     01 Oktyabr 2019    
“Bu qeyri-ciddi dövlət vəziyyətidir, həm keçmiş, həm də indiki dövlət rəsmiləri öz açıqlamalarında təmkinli olmalıdırlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “İrs” partiyasının qurucusu Raffi Hovannisyan Paşinyan-Vanetsyan mübahisəsinə toxunarkən bildirib.

Onun sözlərinə görə, Paşinyan və Vanetsyan xalqın etimadından zövq alırdılar.

“Orada “kiks”lər olmasına baxmayaraq, indi bir-birilərinə zərbə vururlar. Sözüm Paşinyan və keçmiş dövlət rəsmisi haqqındadır, bu, qeyri-ciddi dövlət vəziyyətidir. Həm keçmiş, həm də indiki rəsmilər açıqlamalarında təmkinli olmalıdırlar, dünya görür, dünya təhlil edir”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Paşinyan  


Bizi "telegram"da izləyin