Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, zaman onların düzgün qərar qəbul etdiyini göstərib.
“Bu gün İrəvanda Avrasiya İqtisadi Birliyi Ali Şurasının növbəti iclası keçiriləcək. Belə bir birliyə üzv olmaq üçün düşünülmüş siyasi qərar illər əvvəl hökumət tərəfindən qəbul edildi.
Ermənistanın hazırkı hakimiyyəti və Paşinyan bu qərarın qəbul olunmasına görə bizi qınayırdı. Aydındır ki, biz düzgün qərar qəbul etdik və illər sonra cəmiyyətimiz bu siyasətin müsbət meyvələrindən bəhrələnir.
Zaman göstərdi ki, Serj Sarkisyan haqlı idi, onu qınayanlar, o cümlədən Paşinyan isə haqlı deyildi.
Siz respublikaçıları tənqid etmək və günahlandırmaq üçün səylərinizi əsirgəmirsiniz, lakin xarici siyasi uğurlarımızdan sevgi ilə istifadə edirsiniz. Öz ölkənizdə düşmən axtarmaq maniyasından əl çəkin və Ermənistanın maraqlarından çıxış edin”, - deyə Şarmazanov bildirib.
Alpər Mövludoğlu
Ordu.az