Ermənistanda erməni-rus birgə tabor taktiki təlimləri başlayıb

2019/10/99001-1569923377.jpg
Oxunub: 28989     16:54     01 Oktyabr 2019    
Ermənistanın “Bağramyan” təlim sahəsində birləşdirilmiş hərbi qrupun komandiri Tiqran Parvanyanın başçılığı altında erməni-rus birgə tabor taktiki təlimləri başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, gündüz və gecə saatlarında əsas təlim-döyüş əməliyyatlarının həyata keçirilməsi oktyabrın 7-dən 12-nə qədər olan müddət ərzində yerinə yetiriləcək.

Rus hərbi birləşməsinin komandiri Nikolay Martinyukun başçılığı altında keçirilən erməni-rus birgə tabor taktiki təlimlərində Rusiya Cənub Hərb Dairəsi və Ermənistan Silahlı Qüvvələrinin mindən artıq hərbi qulluqçusu iştirak edir.

Təlimlərə 500 ədəd hərbi və xüsusi texnika, o cümlədən MiQ-29 və Su-25 qırıcıları, habelə Mi-24P və Mi-8MTV helikopterləri cəlb olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Təlim  


Bizi "telegram"da izləyin