Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
Görüş dünən, Lukaşenkonun Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün İrəvana səfəri çərçivəsində baş turub.
“Belə çıxır ki, siz mənimlə çox yaxşı dostsunuz, lakin Azərbaycan prezidenti çoxdanın yaxşı dostudur. Heydər Əliyev orada prezident olanda biz onunla işləməyə başladıq. Sizinlə də yaxşı münasibətlərimiz var”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az