Pekində keçirilən hərbi paradda Çinin yeni silahları nümayiş olunub – FOTOLAR

2019/10/downl-3139840110.jpg
Oxunub: 32548     15:33     01 Oktyabr 2019    
Çində bu gün baş tutan hərbi parad zamanı ilk dəfə nüvə qabiliyyətli JL-2 sualtı gəmidən atılan ballistik raketlər (submarine-launched ballistic missiles -SLBM) nümayiş etdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi parad Çinin paytaxtı Pekində keçirilib.


Çinli raket mütəxəssisi Yang Chengjun bildirib ki, JL-2 qitələrarası ballistik raketi hazırda Xalq Qurtuluş Ordusu Donanmasında yerləşdirilib.

O qeyd edib ki, JL-2 əslində DF-31 sualtı gəmidən atılan raket növünün bir versiyasıdır və hazırda JL-3-ün üzərində çalışmalar gedir.

Pekində keçirilən paradda JL-2 raketlərindən 12-si nümayiş etdirilib.

Qeyd edilir ki, Çinin “Type 094” nüvə mühərrikli sualtı qayığı JL-2 raketlərini daşıya bilir. Raketlərlə təchiz edilmiş “Type 094” sualtı qayığı Çinin ilk etibarlı, dəniz əsaslı nüvə qoruyucu vasitəsidir.


Çin parad zamanı, həmçinin ilk dəfə olaraq yeni “Dongfeng-17” konvensional raketlərini təqdim edib.

“Dongfeng-17” bütün hava şəraitində güclü nüfuzetmə, qısa və orta mənzilli hədəflərə dəqiq zərbələr vurma qabiliyyətinə malikdir.


Paradda, həmçinin yerli istehsalı olan Z-20 helikopterləri də nümayiş olunub. Z-20, müxtəlif ərazilərə və havalara uyğunlaşa bilən orta hündürlüklü, bir çox missiya növündə, o cümlədən personal və yük daşımalarında, axtarış və xilasetmə, kəşfiyyat və sualtı qayıqlarda istifadə edilə bilən helikopterdir.

Məlumata görə, Çin Aviasiya Qüvvələrinin hücum eşolonu beş Z-9, doqquz Z-10, üç Z-19, altı Z-20, doqquz Z-8B, səkkiz Z-19B olmaqla 40 helikopterdən ibarətdir.


Nümayiş olunan texnologiyalardan biri də GJ-11 stels PUA-sıdır. O, ABŞ-ın B-2 strateji bombardmançısına bənzəyir və aşkarlanmadan strateji hədəflərə hücum edə bilir.


Parad zamanı həmçinin 15000 kilometr mənzilə sahib “Dongfeng-41” qitələrarası ballistik raketi də nümayiş olunub.

Xalq Azadlıq Ordusunun hava hücumundan müdafiə və raket əleyhinə müdafiə döyüş qrupu da hərbi paradda iştirak edib. Döyüş qrupu erkən xəbərdarlıq radarları, yerüstü hava raketləri və hava hücumundan müdafiə raket birləşmələrindən ibarətdir.


Yeni nəsil erkən xəbərdarlıq radarları təyyarələri, raketləri aşkarlaya və tapa bilər, HQ-9B və HQ-22 yerdən atılan raketlər havadan endirilən çoxsaylı raketləri dəf edə bilir.


Paradda HQ-12A, HQ-6, HQ-17A, HQ-16B raketləri də daxil olmaqla, digər avadanlıqlar da nümayiş etdirilib.




Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hərbi-parad  


Bizi "telegram"da izləyin