“Rusiya və Ermənistan arasında həm hərbi-texniki əməkdaşlıqda, həm iqtisadi, həm də siyasi əlaqələrdə problemlər var” – Kolerov (MÜSAHİBƏ)

2019/05/modes-1557993858.jpg
Oxunub: 28336     14:32     30 Sentyabr 2019    
“Rusiya və Ermənistan arasıda həm hərbi-texniki əməkdaşlıqda, həm iqtisadi, həm də siyasi əlaqələrdə problemlər var”.

“Putin Ermənistan Respublikasına deyil, AİƏT Ali Şurasının iclasına gəlir, yəni gündəliyi AİƏT-dir və ev sahibi ikitərəfli məzmunun olub-olmamasını dəqiqləşdirmək üçün gündəliyini qarşı tərəfə təqdim etməlidir”.

Ordu.az Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq, “Regnum” xəbər agnetliyinin baş redaktoru Modest Kolerovun “168. Jam” xəbər portalına verdiyi müsahibəni təqdim edir:

- Cənab Kolerov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin Avrasiya İqtisadi Birliyinin Ali Şurasında iştirak etmək üçün bir həftə sonra Ermənistana gələcəyini təsdiqlədi. Səfərlə bağlı çox sayda məlumat sızması var, Paşinyan-Putin görüşünün baş tutmayacağı və ya Putinin İrəvanda cəmi bir neçə saat qalacağı, yalnız Ermənistanın ikinci prezidenti ilə görüşəcəyi barədə məlumatlar var. Fikrinizcə, bunun Rusiya prezidentinin Ermənistana hakimiyyət dəyişikliyindən bəri ilk səfəri olduğunu nəzərə alsaq, Rusiya tərəfinin bu səfərə münasibəti necədir?

- Proqnozlar və nəticələr vermək hələ tezdir, lakin səfərin əsas məqamı təkcə prosedur, yaxud rəsmi mərasim hissəsi deyil, həm də ikitərəfli görüş üçün gündəliyin nə olacağı və bu səfərin faktiki nəticələrinin münasibətlərdə necə olmasıdır. Çünki ikitərəfli münasibətlərdə daim sualların yarandığı, toplanaraq qaldığı bir həqiqətdir.

Həm hərbi-texniki əməkdaşlıqda, həm iqtisadi, həm də siyasi əlaqələrdə problemlər var. Bundan əlavə, Rusiya tərəfinin Ermənistan hakimiyyətinin “Rusiyanı sürükləməyə” yönəlmiş bir çox təbliğat səyləri nümayişkarcasına diqqət göstərmədiyi, Paşinyan üçün işləyən təbliğatçıların öz işlərini dayandırmadığı çox açıqdır. Ən kiçik bir şəkildə Putini və təmsilçilərini günahlandırmaq, tənqid etmək və Moskvada kimsəni əsəbləşdirə biləcək hərəkətlər etmək, Paşinyanı bir “inqilabçı” kimi tanıtmaq səylərinə ara verilmir. Bu bir xəyanətdir. Üstəlik, bu cür təbliğatla məşğul olan insanlar üçün ciddi bir hal, ciddi bir xəstəlikdir. Ancaq Ermənistanın sevincinə görə Rusiya buna diqqət və əhəmiyyət yetirmir.

- Rusiyada münasibətlərin bu və ya digər mərhələsində aktivləşən bir çox anti-erməni təbliğat platforması da az deyil. Bu ikitərəfli münasibətlərdə, xüsusən də Rusiya mediasında da ciddi anti-erməni kampaniyası olduqda bu qədər vacib olmalıdırmı?

- Burada bir incə fərq var. Bəziləri anti-erməni təbliğatı aparır, lakin Kremllə heç bir əlaqəsi yoxdur. Ermənistana gəldikdə qeyd edirəm ki, yuxarıdan idarə olunur, Rusiyada isə belə deyil. Belə misallar varsa, vurğulayın, amma bilirəm ki, belə nümunələr yoxdur. Kreml bunu etmir. Necə ola bilər ki, biri ilə oturub sonra onu tənqid edib ona qarşı təbliğat aparasan? Ağlasığmazdır. Ancaq əminəm ki, gec-tez Kreml Ermənistanla bağlı qərar verməli olacaq, çünki bu qəsdən düşünülmüş bir siyasətdir.

- Kreml hansı qərarı verə bilər?

- Ermənistanla münasibətlərin dondurulmasına qərar verə bilər. Çünki uzun müddət dözülməsinə, həzm edilməsinə səbr etmək mümkün deyil, düşünürəm ki, uğur qazanmayacaq, çünki bu siyasət dayanmayacaq, bu açıq bir siyasi xətt, qərar, inancıdır. Cavabsız qalan bir çox bəyanatlar verilir. Bunlar inciməyə geri çəkilməyə ciddi əsaslar verən bəyanatlardır. Ancaq təkrar edirəm, Kreml bununla məşğul olmayacaq.

- Sizcə, Ermənistan AİƏT və KTMT üzvüdürsə, belə bir qərar mümkündür? Üstəlik, Ermənistanın bu birliklərə üzv olması Ermənistanın Rusiyayönlü siyasət yürütdüyünü düşünmək üçün kifayət deyilmi?

- Xeyr, çünki onlar siyasi strukturlar deyillər. AİƏT-ə baxın, bu, yalnız iqtisadi bir quruluşdur, kimlərlə bu strukturda əməkdaşlıq edildiyinə və ya kimlərin qoşulduğuna baxın, burada heç bir siyasi komponentin olmadığını görəcəksiniz. Eyni şeyi KTMT haqqında da deyəcəm. Ancaq siyasi münasibətlərdə məsələlərin yığıldığını və həll olunmadığını, bəyanatlar verildiyini təkrar edirəm.

- Qarşıdakı ziyarətə qayıdarsaq, sizcə, bu səfər necə keçəcək ?

- Düşünürəm ki, olduqca soyuq olacaq. Onu da qeyd edək ki, Putin Ermənistan Respublikasına deyil, AİƏT Ali Şurasının iclasına gəlir, yəni gündəliyi AİƏT-dir və ev sahibi ikitərəfli məzmunun olub-olmamasını dəqiqləşdirmək üçün gündəliyini qarşı tərəfə təqdim etməlidir. Əhəmiyyətli olan erməni tərəfinin dəqiq gündəliyi formalaşdırmasıdır.

Bu sualı hakimiyyətdən, Rusiya tərəfinə hansı sənədləri təqdim etdiklərindən, ikitərəfli görüş üçün hansı gündəmdə olduqlarını, hansı mövzuları diqqətə çatdırdıqlarını və ikitərəfli münasibətlər istiqamətində necə işlədiklərini aydınlaşdıra bilərsiniz? Gündəlikdə nə olduğunu söyləyin və Rusiya tərəfi qərar verəcək, çünki qəbul edən tərəf sizsiniz. Onu deyim ki, Rusiya tərəfi daim böyük bir siyasi töhfə, avans verir.

Birincisi, baş nazir vəzifəsinə gəldikdən 4 gün sonra Rusiya tərəfi hərbi-texniki danışıqları davam etdirdiyi bir vaxtda baş verdi.

Rusiya Ermənistan tərəfinin hər hansı bu və ya digər bəyanatlarını, kəşfiyyat haqqında açıqlamalarını və ya Paşinyanın, Mirzoyanın Qarabağ Ermənistan olması barədə açıqlamalarına məhəl qoymadıqda bu davam edir. Bu açıqlama nə deməkdir, bu, danışıqlar prosesinin başa çatması, 20 illik danışıqlar prosesinnin səhv olması deməkdir. Bir az sərt görünə bilər, amma deyəcəyəm ki, bu istiqamətdə heç bir proses başlamazsa, hakim partiyadan heç bir millət vəkili belə bir qaun layihəsi təqdim etmirsə, deməli, sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Paşinyan, hətta bu barədə daha bədii bir kontekstdə danışırdı, Mirzoyan isə yox. Bu kimi bir çox başqa bəyanatlar var ki, Moskvanın qəzəbli, əsəbi, narahat olması üçün kifayətdir.

- Köçəryanın işi bu məsələyə hansı təsiri göstərir? Bu, ikitərəfli münasibətlərə açıq şəkildə təsir edən Ermənistan Respublikasının daxili problemi olsa da, Moskvanı qıcıqlandırır?

- Bəli, əlbəttə ki, Rusiyanın ən yüksək səviyyədə verdiyi açıq bir mövqe ilə buna qarşı olduğunu ortaya qoydu, bu gün də bu mövqe qalmaqdadır. Rusiya ilə əsrlər boyu dost olan, hazırda strateji əlaqələri olan Ermənistan Respublikası və erməni xalqı olmasaydı, Paşinyanla münasibətlər kəsilmiş olardı.

- Cənab Kolerov, daxili siyasi inkişaf proseslərini, hakimiyyətin fikrincə korrupsiyaya qarşı səmərəsiz mübarizə səbəbindən güc struktur rəhbərlərinin istefasını izləmisiniz, bu barədə nə fikirləşirsiniz?

- Bəli, bilirəm. Təbii ki, istər Vanetsyan, istərsə də Osipyanın istefa bəyanatlarında zabit şərəfinə istinad etməklərini nəzərə alsaq, ehtimal ki, bu ləyaqətə zidd addımlar, tədbirlər görmələri tələb olunurdu. Üstəlik, Vanetsyanın dediyi elementar qərarlar, yəni eyni komandanın üzvlərinin belə olmaq istəməməsi ilə bağlı verdiyi ifadələr olduqca dəqiq idi.

Vanetsyanın istefasından sonra hakimiyyət tərəfindən irəli sürülən ittihamlar dalğası diqqət çəkən idi, yəni vəzifəni tərk edən hər kəsin belə bir “tale” ilə üzləşməsi deməkdir. Ancaq bu təbii bir prosesdir.

- İstefa verdikdən sonra MTX-nin keçmiş direktoru Moskvada olub. Ermənistanda Vanetsyanın siyasi karyerası boyunca Moskvanın dəstəyinə sahib ola biləcəyi ilə bağlı şayiələr vardı. Bu barədə nə düşünürsünüz?

- Əvvəlcə Moskvada avtomobildən çəkilmiş fotoşəkillər yayıldı. Kim Vanetsyana casusluq etməyi, Moskvadan belə fotolar yaymağı əmr edib və niyə? Bunu aydınlaşdırmaq lazımdır.

Bundan əvvəl Vanetsyan Gürcüstanda da oldu, amma heç kim bir gürcü izini görməyə çalışmazdı, amma hamı mümkün qədər Rusiyanın “bığlarından çəkişdirməyə” çalışır, ona görə bu mümkündür. Gürcüstandan fotoşəkil paylaşdığına görə gürcü izini də görmək olardı, elə deyilmi?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin