Belə ki, İrəvan şəhərindəki çoxmənzilli binalardan birinin istismara verilməsi zamanı Vigenin göstərişi ilə “Müdafiə nazirliyi sisteminin hərbi qulluqçularının mənzillə təminatı haqqında” Ermənistan hökumətinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar pozularaq, mənzillərin paylanmasında səlahiyyət həddinin aşılması müəyyən edilib. Bununla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 2 müvafiq maddəsi üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə müəyyən edilib ki, Ermənistan hökumətinin müvafiq qərarı və Müdafiə nazirinin əmri ilə Ermənistan MN hesabında olan ərazilərdəki mənzillərin bölüşdürülməsi səlahiyyəti müvafiq rəhbəredici sənədləri öz fəaliyyətində əsas götürməklə MN-in mərkəzi mənzil komissiyasına həvalə edilsə də, İrəvandakı 71 mənzilli yaşayış binasının 29 mənzilinin bölüşdürləməsinə dair Vigen Sarkisyan qərar verib. Bu mənzillərin bölüşdürülməsi ümumiyyətlə komissiya tərəfindən müzakirə edilməyib. Qeyd edilən binanın bir çox mənzilləri isə komissiyanın müzakirəsi və MN-in qərarı ilə rəhbər sənədlərin tələbləri pozulmaqla paylanılmayıb. Bununla da mənzilə ehtiyacı olan hərbi qulluqçuların hüquqlarına və dövlətin qanuni maraqlarına zərər vurulduğu bildirilir.
Bu qalmaqallı bəyanatdan sonra Sarkisyan oxumaq məsədilə getdiyi ABŞ-dan açıqlama yaydı:
“... Mən əsəbiləşirəm, eyni zamanda rahatam, çünki mənzillərin paylanması hekayəsi və bu konkret işin gedişi ilə əlaqəli şəxslər, o cümlədən mənzili alan və almayanlar da aydın bilirlər ki, proses qanunun tələblərinə uyğun, aydın prinsiplər və meyarlarla aparılıb. Bütün proses və nəzarəti müvafiq komissiya qərarlarında döyüş bölgəsindəki hərbi qulluqçulara üstünlük vermək prinsipi ilə həyata keçirib”.
Lakin vəkil Norayr Norikyanın səkkiz müştərisi də bu işdə zərərçəkən kimi tanınıb. Erməni vəkil izah edir ki, bu şəxslərin hamısı xidmətdə olan hərbi qulluqçulardır.
“Ermənistan Hərbi Prokurorluğunda cari ilin 11 iyul tarixində Baş Prokurorluğa verilmiş ərizəmizə əsasən, Cinayət Məcəlləsinin 308, 309-cu maddələrinin 1-ci hissəsinə əsasən 6 avqust tarixində cinayət işi açılıb. Ərizədə bildirilib ki, bir sıra hərbçilər əslində uzun illərdir pulsuz istifadə hüququ olan mənzil almaq imkanından məhrum olublar, bunun nəticəsində əziyyət çəkiblər və çox böyük ziyan görməyə davam edirlər”, - deyə o bildirib.
Norikyan onu da qeyd edib ki, keçmiş Müdafiə nazirinin əmrinə baxarkən, İrəvandakı mənzilllərə sahib olan şəxslərin, heç bir mənzilə ehtiyacı olmayan, 5 gün belə İrəvanda yaşamayan, həmin mənzilləri qeyri-qanuni, tələblərə zidd bir şəkildə aldıqlarını görmək mümkündür.
“Başqa sözlə, mənzillər qanunvericiliyə və illərdir mənzillərini gözləyən hərbçilərin hüquqlarına məhəl qoymadan istədikləri şəxslərə verilib”, - deyə o vurğulayıb.
Vəkil hazırda heç nə deyə bilməyəcəyini qeyd edib, baxmayaraq ki, mənzillərin kimlər tərəfindən alınması ilə bağlı bütün məlumatlara sahib olduğunu söyləyir.
“O əmrin bir nümunəsi məndə var, amma hazırda danışmaq istəmirəm, vaxt gələcək, hərtərəfli məlumat verəcəyəm. İndiki məqamda hələki istintaq davam edir və bundan sonra biz əlavə addımlar atacağıq”, - deyə Norikyan bildirib.
Sarkisyanın işlədiyi müddətdə Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının sədrinin kim olması da Müdafiə Nazirliyindən dəqiqləşdirilib.
Həmin vaxt komissiyanın rəhbəri Qarnik Hayrapetyan olub, indi isə nazir müavini Qabriel Balayandır, komissiyada müxtəlif iş görən, müxtəlif idarə rəisləri təmsil olunur.
Qabriel Balayan bildirib ki, cinayət işi açıldığı üçün hər hansı bir şərh verməkdən çəkinir
“Deyə bilərəm ki, bizim tərəfdən hər hansı bir şəkildə şərh verilməsini yersiz hesab edirəm”, - deyə o qeyd edib.
Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi Xüsusi İstintaq Xidmətinə göndərilsə də, iş hələ icraata qəbul edilməyib. Hazırda, heç kim o cümlədən Vigen Sarkisyan təqsirləndirilən tərəf kimi cəlb edilməyib.
Alpər Mövludoğlu
Ordu.az