Gürcüstan, Türkiyə və Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin növbəti təlimi Azərbaycanda keçiriləcək

2026/06/cf9ea-1782634618.jpg
Oxunub: 260     12:14     28 İyun 2026    
Gürcüstan, Türkiyə və Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinə istinadən ölkənin Birinci kanalı məlumat yayıb.

İyunun 27-də Muxrovani qəsəbəsində yerləşən mayor Gela Çedia adına Xüsusi Hazırlıq Mərkəzində təlimin bağlanış mərasimi keçirilib.

Üç ölkənin birgə praktiki təlimləri Bolnisi şəhərində Xüsusi Əməliyyatlar Komandanlığının paraşüt hazırlığı məktəbində və Muxrovanidə təşkil olunub.

Təlim zamanı şərti obyektə birgə reydlər icra edilib. Atəş dəstəyi ilə hərəkət edən hücum qrupları binaların təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi və şərti düşmənin zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Gürcüstan, Azərbaycan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” üçtərəfli təlimi hər il rotasiya prinsipi əsasında bu üç ölkənin birində keçirilir.

Növbəti təlimin 2027-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin