Erməni əsgər anası: "Cəzasızlıq atmosferi orduda yeni-yeni cinayətlərə səbəb olur"

2019/09/768-1569494548.jpg
Oxunub: 944     15:02     26 Sentyabr 2019    
"Bu "karuseli" illərdir davamlı olaraq fırladırlar, biz də ölək, gedək? Bu, hökumətimizə lazımdır?".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğullarının ölüm faktlarının araşdırılmasını tələb edərək hökumət binası qarşısında növbəti dəfə aksiya həyata keçirirlər.

"Günahkarların cəzalanması üçün hər cümə axşamı gəlirik, etiraz aksiyası keçiririk", - deyə jurnalistlərlə söhbəti zamanı 2010-cu ildə ölmüş Valeri Muradyanın anası Nana Muradyan bildirib.

Onun sözlərinə görə, oğlunun öldürülməsindən cəmi 10 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu günə qədər heç bir iş görülməyib.

"Birinci hadisə ortaya çıxarılsaydı, digər hadisələr baş verməzdi. Cəzasızlıq atmosferi orduda yeni-yeni cinayətlərə səbəb olur. Bütün aidiyyatı orqanlara müraciət etmişəm, lakin heç bir cavab verilməyib",- deyə Nana Muradyan qeyd edib.

O vurğulayıb ki, bu "karuseli" illərdir davamlı olaraq fırladırlar: "Nə vaxta qədər? Biz də ölək, gedək? Bu, hökumətimizə lazımdır?".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Erməni əsgər anası: "Cəzasızlıq atmosferi orduda yeni-yeni cinayətlərə səbəb olur"

2019/09/768-1569494548.jpg
Oxunub: 945     15:02     26 Sentyabr 2019    